![Azərbaycan ÜTT-nin İcraiyyə Şurasına üzv seçildi](/uploads/posts/2023-06/1685686176_xin-1.jpg)
-
- 2-06-2023, 10:09
- 200
Azərbaycan ÜTT-nin İcraiyyə Şurasına üzv seçildi
Bolqarıstanın Sofiya şəhərində Ümumdünya Turizm Təşkilatının (ÜTT) Avropa üzrə Komissiyasının 68-ci iclası başlayıb.
Bu barədə News24.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
İyunun 1-də iclas çərçivəsində ÜTT-nin İcraiyyə Şurasına seçkilər keçirilib.
Azərbaycan, 5 vakant yer uğrunda 11 ölkənin mübarizə apardığı, olduqca rəqabətli şəraitdə keçirilən seçkilər nəticəsində, İtaliya, Çexiya, Litva və Bolqarıstanla birgə ən yüksək səs toplayaraq 2023-2025-ci illər üzrə ÜTT-nin İcraiyyə Şurasına üzv seçilib.
"Azərbaycanın ÜTT-nin İcraiyyə Şurasına üzv seçilməsinə dəstək vermiş bütün dövlətlərə təşəkkür edirik", - XİN-dən bildirilib.
İclas bu gün başa çatacaq.