"Gələn həftə Vaşinqtonda Mirzoyanla görüş keçiriləcək" — Nazir
    • 23-06-2023, 13:16
    • 263

"Gələn həftə Vaşinqtonda Mirzoyanla görüş keçiriləcək" — Nazir

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov gələn həftə ABŞ-ın paytaxtı Vaşinqtonda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşəcəyini təsdiqləyib.

News24.az xəbər verir ki, o, bu barədə “Röyters”ə müsahibəsində danışıb.

Nazir qeyd edib ki, rəsmi Bakı və İrəvan arasında sülh danışıqlarında müəyyən irəliləyiş var.

C.Bayramov bildirib ki, Azərbaycan Ermənistanla razılıq əldə olunmasında maraqlıdır.