Azərbaycan və Ermənistan XİN başçılarının görüşündə Blinken də iştirak edəcək
    • 29-06-2023, 10:21
    • 225

Azərbaycan və Ermənistan XİN başçılarının görüşündə Blinken də iştirak edəcək

Bu gün Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtonda aparılan müzakirələrinin sonuncu günüdür.

News24.az ABŞ Dövlət Departamentinə istinadən xəbər verir ki, danışıqların sonuncu günündə ABŞ dövlət katibi Entoni Blinken də iştirak edəcək.

Qeyd edək ki, müzakirələr Corc Şults adına Milli Xarici İşlər Təlim Mərkəzində keçirilir.