15 yaşlı oğlan Viləşçayda batdı
    • 10-07-2023, 11:06
    • 132

15 yaşlı oğlan Viləşçayda batdı

Masallı rayonunda 15 yaşlı oğlan suda boğularaq ölüb.

News24.az
xəbər verir ki, hadisə ötən gün rayonun Qəriblər kəndində qeydə alınıb.

2008-ci il təvəllüdlü Nurlan Novruzov Viləşçayda çimərkən boğulub.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.