Goranboyda avtomobil maneəyə çırpılıb, xəsarət alanlar var
    • 13-07-2023, 21:11
    • 159

Goranboyda avtomobil maneəyə çırpılıb, xəsarət alanlar var

Goranboy rayonunun Xan Qərvənd kəndi ərazisində yol-nəqliyyat hadisəsi olub.

News24.az​​​-ın məlumatına görə, minik avtomobilinin idarəetmədən çıxaraq maneəyə çırpılması nəticəsində, Goranboy rayon sakinləri, 1999-cu il təvəllüdlü T.Süleymanov və onun həmyaşıdı F.İnqilablı müxtəlif bədən xəsarətləri alıblar.

Hər ikisi xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.