Rusiya Əfqanıstan ssenarisini işə salıb - Sladkov
    • 18-07-2023, 17:07
    • 182

Rusiya Əfqanıstan ssenarisini işə salıb - Sladkov

“Ukrayna komandanlığı Rusiya Silahlı Qüvvələrinin Xarkov istiqamətində qruplaşmasını yüz min nəfər hesab edir. Əfqanıstana girməzdən əvvəl olduğu kimi”.

News24.az xəbər verir ki, bu barədə rusiyalı hərbi jurnalist Aleksandr Sladkov bildirib.

O əlavə edib ki, 900 tank, 360 MLRS sistemi və artilleriya bu istiqamətdə cəmləşib.

“Onlar özləri qorxu yaradır, Xarkov və Sumını boşaldırlar”, - Sladkov deyib. Onun sözlərinə görə, döyüş meydanında həlak olmuş Ukrayna Silahlı Qüvvələrinin əsgərləri Xarkova aparılır və bəzi qəbiristanlıqlar dolu olduğundan meyitxanalarda da yer yoxdur.

Jurnalist əlavə edib ki, Ukrayna qüvvələri Orexovski istiqamətində böyük itki verir.

Akqabay