ABŞ qoşunlarının Nigerdən çıxarılmasını BAŞA ÇATDIRDI
    • Dünən, 22:31
    • 56

ABŞ qoşunlarının Nigerdən çıxarılmasını BAŞA ÇATDIRDI

ABŞ ordusu Nigerdəki son bazasını yerli qüvvələrə təhvil verib, qoşunların ölkədən çıxarılmasını başa çatdırıb. 

News24.az xəbər verir ki, bu barədə New York Times qəzeti yazıb.

“Amerika qüvvələrinin və aktivlərinin Aqadezdəki 201 aviabazasından çıxarılması başa çatıb. ABŞ və Niger hərbçiləri arasında səmərəli əməkdaşlıq və kommunikasiya bu transferin vaxtından əvvəl və heç bir problem olmadan başa çatdırılmasını təmin etdi”, – Pentaqonun Afrika Komandanlığının bəyanatında deyilib.

1000 ABŞ əsgərindən ibarət son qrup Hərbi Hava Qüvvələrinə məxsus yük təyyarəsinə minərək 110 milyon dollarlıq aviabazadan uçub.

Rəsmilərin dediyinə görə, az sayda hərbçi qısa müddət ərzində ABŞ səfirliyində inzibati işləri başa çatdırmaq üçün qalacaq.

Xatırladaq ki, 2023-cü ildə Nigeriya hərbçiləri hökuməti devirdikdən və Amerika hərbçilərinə ölkəni tərk etməyi əmr etdikdən sonra ABŞ və Niger arasında münasibətlər pisləşib.

Məryəm İlhamqızı