Su basması nəticəsində yola ZİYAN DƏYDİ
    • Dünən, 22:36
    • 56

Su basması nəticəsində yola ZİYAN DƏYDİ

Başqırdıstanda yolların su basması nəticəsində dəyən ziyan 67 milyon rubl təşkil edib. 

News24.az xəbər verir ki, bu barədə nəqliyyat naziri Lyubov Minakova məlumat verib.

"Suyun çəkilməsini gözləyirik ki, ziyanı tam qiymətləndirə bilək". - deyib.

Onun sözlərinə görə, gələn həftə ərazi sərəncamı formalaşdırılacaq və pullar zərər çəkmiş bələdiyyələrə çatdırılacaq. Yağışlar nəticəsində çayların daşması Baymakski, Beloretski, Ermekeyevski, Zilairski, Abzelilovski, Uçalinski və Salavatski rayonlarında avtomobil yollarına ziyan vurub.

Məryəm İlhamqızı