Mali Ukrayna ilə diplomatik əlaqələri kəsir
    • Dünən, 23:44
    • 48

Mali Ukrayna ilə diplomatik əlaqələri kəsir

Mali hakimiyyəti Kiyevin Afrika ölkəsindəki terror qruplaşmalarına dəstək verdiyini əsas gətirərək Ukrayna ilə diplomatik münasibətləri kəsmək barədə qərar qəbul edib.

News24.az xəbər verir ki, bu barədə Mali hökumətinin bəyanatında qeyd olunub.

“Ukrayna hakimiyyəti adından hərəkətlər Malinin suverenliyini pozur, təcavüz yaradır və beynəlxalq terrorizmə dəstək verir, beynəlxalq hüququ o cümlədən BMT Nizamnaməsini kobud şəkildə pozur.

Rusiya və Ukrayna arasında münaqişənin həmişə sülh yolu ilə həllinə çağıran Mali hakimiyyətinin neytrallıq mövqeyinə zidd olaraq, Ukraynanın bu təcavüzünü və Kiyev hakimiyyətinin düşmənçiliyini qətiyyətlə pisləyirik.

Mali Respublikası Ukrayna ilə arasındakı diplomatik münasibətləri dərhal kəsmək qərarına gəlib”, - bəyanatda qeyd olunub.

Məryəm İlhamqızı