Avropa İttifaqından Belarusiyaya SANKSİYALAR
    • Dünən, 23:24
    • 49

Avropa İttifaqından Belarusiyaya SANKSİYALAR

Aİ Şurasının bəyanatında deyilir ki, Avropa İttifaqı Belarusun 28 təhlükəsizlik işçisi, hakim və jurnalistə qarşı sanksiya tətbiq edib.

“Şura bu gün əlavə 28 şəxsə qarşı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edib”, - məlumatda deyilir. 

News24.az xəbər verir ki, Aİ Şurası onları “Belarusda davam edən daxili repressiyalarda və insan haqlarının pozulmasında” ittiham edib.

Sanksiya bəyanat dərc edildikdən sonra qüvvəyə minir.

Qeyd edək ki, ümumilikdə, Aİ-nin Belarusa sanksiya siyahısına 261 fiziki şəxs və 37 təşkilat daxildir. Onlar aktivlərin dondurulmasına və Aİ ərazilərinə daxil olmaq və ya tranzit keçmək üçün səyahət qadağasına məruz qalırlar.

Məryəm İlhamqızı