4 yaşlı uşaq "metadon"dan ZƏHƏRLƏNDİ
    • Dünən, 23:18
    • 94

4 yaşlı uşaq "metadon"dan ZƏHƏRLƏNDİ

Nijni Novqorodda dörd yaşlı uşaq metadondan zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. 

News24.az xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanları məlumat yayıb.

“Dörd yaşlı uşaq Nijni Novqorod xəstəxanasına aparılıb, onun sidiyində metadon aşkar edilib”, –  hüquq-mühafizə orqanları qeyd edib.

Materialda deyilir ki, polis ilk növbədə oğlanın valideynlərindən şübhələnib.

Buna səbəb isə onların miqrantları qondarma qeydiyyata alma və narkotik vasitələrin qanunsuz dövriyyəsi qaydalarının pozulması ilə bağlı cinayətlərinin olmasıdır.

Hadisə ilə bağlı araşdırma aparılır.

Məryəm İlhamqızı