Deputat arı sancmasından ÖLDÜ
    • Dünən, 22:57
    • 139

Deputat arı sancmasından ÖLDÜ

Moldova parlamentinin deputatı, kənd təsərrüfatı və qida sənayesi komissiyasının sədr müavini Yuri Pasat arı dişləməsindən ölüb. 

News24.az xəbər verir ki, bu barədə “Facebook” səhifəsində hakim Fəaliyyət və Həmrəylik (APS) partiyasının mətbuat xidməti məlumat yayıb.

Mətbuat xidmətinin məlumatına görə, deputat anafilaktik şok keçirib.

Pasatın 52 yaşı var idi. Parlamentdə kənd təsərrüfatı və yeyinti sənayesi komissiyasının sədr müavini olub.

Partiya Pasatın işinə sadiq olduğunu və özünü zəhmətkeş və vicdanlı həmkar olduğunu sübut etdiyini bildirib. Ailəsinə və yaxınlarına başsağlığı verilib.

Məryəm İlhamqızı