Qazaxıstandan Azərbaycana 52 min dollarlıq qəhvə tədarükü
    • Dünən, 23:55
    • 51

Qazaxıstandan Azərbaycana 52 min dollarlıq qəhvə tədarükü

Bu ilin yanvar-may ayları ərzində Qazaxıstan Azərbaycana 52,1 min dollar dəyərində 6,4 ton qəhvə ixrac edib.

News24.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycanla yanaşı bu məhsul Monqolustan, Rusiya, Özbəkistan və Gürcüstana da göndərilir.

Qeyd olunan dövrdə Qazaxıstan ümumilikdə 118,2 ton qəhvə ixrac edib ki, bu göstərici keçən ilin eyni dövrü ilə müqayisədə 14,7 faiz azdır.