Bakıda ailəvi restoranda baş verən yanğın söndürüldü - FOTO/VİDEO
    • 23-07-2023, 16:25
    • 320

Bakıda ailəvi restoranda baş verən yanğın söndürüldü - FOTO/VİDEO

Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi 73 ünvanında yerləşən doqquzmərtəbəli yaşayış binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən söndürülüb.

News24.az-ın əldə etdiyi məlumata görə, yanğın binanın birinci mərtəbəsində fəaliyyət göstərən “33” ailəvi restoranda baş verib. 

Belə ki, yanğın sözügedən restoranın kababxanasından başlayıb. Daha sonra isə havalandırma və tüstüsovurma sistemlərinin düzgün çalışmaması səbəbindən bütün binanı tüstü bürüyüb. 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən briqadası və 4 yanğınsöndürən maşınları cəlb olunub. Yanğının ətraf tikililərə keçməsinin qarşısı alınıb və bina yanğından mühafizə olunub.

Yanğın söndürülüb, hadisə nəticəsində xəsarət alan olmayıb. Kafenin yeməkxanasına isə zərər dəyib.

Qeyd edək ki, ictimai iaşə müəssisəsi doqquzmərtəbəli yaşayış binasının birinci mərtbəsində fəaliyyət göstərir.