Türkiyə yeni PUA-sı ilə ilkə imza atmaq istəyir – UÇA gəlir...
    • 24-07-2023, 11:34
    • 125

Türkiyə yeni PUA-sı ilə ilkə imza atmaq istəyir – UÇA gəlir...

Türkiyənin müdafiə sənayesinin inkişaf etdirdiyi pilotsuz uçuş aparatı UÇA 25-28 iyul tarixlərində İstanbulda keçiriləcək 16-cı Beynəlxalq Müdafiə Sənayesi Sərgisində (IDEF 2023) təqdim olunacaq.

News24.az xəbər verir ki, UÇA aerodinamik xüsusiyyətləri və imkanları ilə düşmən hərbi dəniz bazasının çıxışlarına, tranzit yollarına uzaq məsafədən hücum minaları ata biləcək.

UÇA sensorları ilə hədəfləri akustik, maqnit və təzyiq izlərinə görə aşkar edərək düşmən gəmilərinin və sualtı qayıqlarının hərəkətini məhdudlaşdıran MALAMAN hədəf aşkarlama və atəş açma sisteminin xüsusiyyətləri ilə effektiv idarə olunan strateji sursat rolunu oynayacaq.