Əhali arasında yayılan xəstəlik nədir? – Adil Qeybulla AÇIQLADI
    • 24-07-2023, 14:30
    • 176

Əhali arasında yayılan xəstəlik nədir? – Adil Qeybulla AÇIQLADI

“Yay, qış fərq etmədən respirator xəstəliklər daim mövcud olub. Sadəcə intensivliyi bəzən aşağı düşür, bəzən isə qalxır. Pandemiya sona çatsa da, SARS-2 virusunun mutasiya formaları indiyə qədər davam edir. Həmçinin, Omikronun mutasiyasını da unutmamalıyıq”. 

Bu sözləri tibb üzrə elmlər doktoru Adil Qeybulla News24.az-a açıqlamasında bildirib.

O, sözlərinə belə davam edib: “Digər tərəfdən müxtəlif yuxarı tənəffüs yollarının infeksiyaları qrip, rinoviruslar və s. qısa arealda yayıla bilir. Pandemiya fonunda immun sisteminin xeyli zəifləməsi və insanlarda müxtəlif respirator infeksiyaların fəllaşması təbiidir. Peşəkar laboratoriyalarda virusun identifikasiyası müəyyənləşməlidir. Bu haqda rəsmi məlumat verilməlidir. Məncə, Omikronun mutasiya ştamları hələ də davam edir. Bir faktor koronavirusa, digər faktor isə hansısa respirator infeksiyanın fəallaşmasına bağlıdır”.