"Başqa yol yox idi..." - Fəaliyyətini dayandıran partiya sədri
    • 5-08-2023, 12:24
    • 279

"Başqa yol yox idi..." - Fəaliyyətini dayandıran partiya sədri

"Siyasi partiyalar məsələsində daim tələblərin sərtləşdirilməsinin tərəfdarı olmuşam". 

Bunu
News24.az-a açıqlamasında bu il martın 2-də fəaliyyətini dayandırmış Azərbaycan Naminə Alyans Partiyasının keçmiş sədri Abutalıb Səmədov bildirdi. 

Onun sözlərinə görə, heç bir siyasi fəaliyyəti, konkret proqramı olmayan siyasi partiyaların ləğvi tələbi tamamilə məqsədəuyğun bir prosesdir:

"Mən həmişə siyasi partiyalarla bağlı tələblərin sərtləşdirilməsinin tərəfdarı olmuşam. Çünki 1993-cü ildə qəbul olunan qanun yalnız xırda partiyaları ortaya çıxardı, az-çox gücü olan partiyalar isə beş-altı yerə parçalandılar. Elə qanun qəbul olunmalı idi ki, əks proses getsin və partiyalar birləşmə yollarını axtarsınlar. Bu məsələdə mən qanunun sərtləşdirilməsini dəstəkləmişəm. bu qanunun qəbul olunmasını düzgün hesab edirəm. Əgər real iş görə bilmirsənsə, dörd əllə yapşıb özünə "mən partiya sədriyəm" və ya partiya sədri olaraq qalmalıyam demək mənasızdır. Siyasi partiyalar ya real iş görməli və ciddi qüvvəyə çevrilməlidirlər, ya da siyasi arenadan çəkilməlidir. Başqa yol yox idi". 

Qeyd edək ki, sözügedən partiya bir müddət əvvəl fəaliyyətini dayandırmaqla bağlı bəyanat verib. 

Sənəddə qeyd olunub ki, Vətən müharibəsi zamanı və sonrakı dövrdəki hadisələr  xalqımızın firqələrə və qruplara parçalanmasının yanlışlığını və müstəqilliyimiz naminə, eləcə də son illər artan təhlükələrin qarşısını almaq üçün bütün siyasi qüvvələrin birləşməsinin zəruri olduğunu göstərdiyi, eləcə də “Siyasi partiyalar haqqında” yeni Qanunun tələblərinin icra olunmasında müəyyən problemlər ortaya çıxdığı üçün ANAP-ın ləğvi barədə qərar verilib. 

Fərid Azəri