Polis özünü çaya atmaq istəyən şəxsi xilas etdi
    • 4-10-2023, 20:14
    • 257

Polis özünü çaya atmaq istəyən şəxsi xilas etdi

Sabirabadda intihar etmək istəyən şəxsi polis son anda xilas edib.

News24.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında qeydə alınıb.

Rayonun Məmişlər kənd sakini E.Nuriyev Cavad kəndi ərazisində Kür çayının üzərindəki körpüyə çıxaraq özünü atmaq istəyib. Ətrafdakı insanlar şəxsi fikrindən daşındırmağa çalışsalar da, buna nail olmayıblar. Həmin vaxt xidmətdə olan polis sahə rəisinin sayıqlığı nəticəsində intihara cəhdin qarşısı alınıb. Polis qəfil həmlə ilə kəndlini tutaraq xilas edib. E.Nuriyev polis əməkdaşı ilə söhbəti zamanı şəxsi problemlərə görə özünü çaya atmaq istədiyini deyib.