"Qarabağdakı sülhməramlılar Rusiyaya qayıtmalıdırlar..." - Paşinyan
    • 10-10-2023, 19:47
    • 544

"Qarabağdakı sülhməramlılar Rusiyaya qayıtmalıdırlar..." - Paşinyan

Ermənistanın baş naziri Nikol Paşinyan İctimai Televiziyaya müsahibəsi zamanı deyib ki, Qarabağdakı sülhməramlılar Rusiyaya qayıtmalıdır.

News24.az xəbər verir ki, bu barədə  Paşinyan “Facebook” səhifəsində paylaşımında qeyd edib.

Sülhməramlıların Qarabağdan çıxarılıb Ermənistanda mümkün yerləşdirilməsi barədə danışan baş nazir qeyd edib: 

“Rusiya sülhməramlıları Dağlıq Qarabağı tərk edərlərsə, o zaman onlar Rusiyaya qayıtmalıdırlar”.

O, həmçinin qeyd edib ki, Ermənistan “3+3” formatında görüş keçirməyə hazırdır, vaxtilə növbəti görüşün Tehranda keçirilməsi ilə bağlı razılıq əldə olunub.

AYLİN