Ölümlə nəticələnən mina partlaması barədə araşdırma BAŞLADILDI
    • 13-10-2023, 14:59
    • 431

Ölümlə nəticələnən mina partlaması barədə araşdırma BAŞLADILDI

Xocavənd rayonunda 1 nəfərin ölümü, digər şəxsin isə xəsarət alması ilə nəticələnən mina partlayışları üzrə araşdırma aparılır

News24.az xəbər verir ki, bu barədə Xocavənd Rayon Prokurorluğu məlumat yayıb.

Oktyabrın 13-də saat 05 radələrində işğaldan azad edilmiş Xocavənd rayonu, Haramı düzü ərazisində 2 ədəd yük maşınının minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı hadisə nəticəsində “Qazel” markalı avtomobilin sürücüsü, 1988-ci il təvəllüdlü Famil Əbilovun ölməsi və “Mercedes-Benz Atego” markalı avtomobilinin sürücüsü, 2000-ci il təvəllüdlü Namaz Bayramovun isə müxtəlif dərəcəli bədən xəsarətləri alması müəyyən edilib. 

Faktla bağlı Xocavənd rayon prokurorluğunda araşdırma aparılır.