Özünü körpüdən Kürə atdı - Sonra peşman oldu...
    • 20-10-2023, 10:02
    • 661

Özünü körpüdən Kürə atdı - Sonra peşman oldu...

Şirvan şəhər sakini intihara cəhd edib.

News24.az xəbər verir ki, N.N. intihar məqsədilə özünü şəhər ərazisində yerləşən körpüdən Kür çayına atıb. O, suda olarkən fikrindən daşınıb və 80 metr məsafəni üzərək çayın sahilinə çıxıb.

N.N. ilkin ifadəsində maddi çətinlikləri səbəbindən bu addımı atdığını deyib.

Faktla bağlı Şirvan Şəhər Prokurorluğunda araşdırma aparılır.