Turistlər məscidə daxil olmaq üçün BİLET ALACAQLAR
    • Bu gün, 19:00
    • 46

Turistlər məscidə daxil olmaq üçün BİLET ALACAQLAR

Avqustun 19-dan etibarən xarici turistlər İstanbulun 4 ay əvvəl bərpadan sonra yenidən açılan Kariye məscidinə daxil olmaq üçün bilet almalı olacaqlar.

News24.az xəbər verir ki, yenilik barədə Kariye məscidinin tabeliyində olan Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Vəqflər Baş İdarəsindən məlumat verilib. 

Qeyd olunub ki, cümə günləri məscid yalnız müsəlman dindarlar üçün açıq olacaq.

İlkin məlumata görə, biletin qiyməti təxminən 20 avro olacaq.

Digər ölkələrdən gələn müsəlmanlarla problemin necə həll olunacağına dair hələlik məlumat yoxdur. Məsələn, Ayasofya məscidində namazdan sonra ikinci mərtəbəni görmək istəyən xarici müsəlmanlar bunun üçün bilet almalıdırlar.

Xatırladaq ki, İstanbuldakı Kariye məscidi (keçmiş Chora muzeyi və xristian monastırı) bu il mayın 6-da müsəlmanların ibadətinə açılıb. Məsciddə bərpa işləri dörd il davam edib.

Məryəm İlhamqızı