Qırğız qadınlarının keçmişdən mirası
    • Bu gün, 18:47
    • 38

Qırğız qadınlarının keçmişdən mirası

Qırğızıstan qadınlarının həm sosial, həm də iqtisadi vəziyyətini simvolizə edən, “ələçək” kimi bilinən ənənəvi parlaq baş geyimi geyimin tamamlayıcısı kimi istifadə olunur.

Qadınlar ələçək baş örtüyü ilə yanaşı, xüsusilə bayramlarda və ziyarət zamanı hörülən saçlarının uclarına “saç uçluq” adlanan zinət əşyaları taxmaq ənənəsini davam etdirirlər.

Qırğızıstanın Cəlalabad vilayətinin Toktoqul rayonunda yaşayan təqaüdçü müəllim İrina Tokontayeva qırğız qadınlarının baş geyimi olan “ələçək”i gələcək nəsillərə mədəni irs kimi ötürməkdədir.

Tokontayeva baş geyiminin qırğız xalqı arasında çox dəyərli olduğunu bildirərək, "Ələcək uzun tarixə malik qadın baş geyimidir. Keçmişdə ondan ölüm üçün kəfən, yaralar üçün sarğı kimi də istifadə olunurdu.", - deyib.

Yaşadığı rayon qadın təşkilatının da sədri olan Tokontayeva bu günlərdə bayramlarda, qonaqlarda ələçəyin taxıldığını bildirərək, “Mən ənənəvi geyimləri geyinərək gələcək nəsillərimizə nümunə olmağa çalışıram”, - deyə qeyd edib.

Qadının imanı, tərbiyəsi, adət-ənənələrinə bağlılığı qədər geyiminin də önəmli olduğunu deyən Tokontayeva, "Biz qəhrəman Manas nəsliyik. Analarımız elmin olmadığı dövrlərdə yaşadıqları həyat təcrübələri ilə həyatlarını davam etdiriblər. Biz analarımızdan miras qalan paltarları qorumalıyıq”, - deyərək fikrini yekunlaşdırıb.

Məryəm İlhamqızı