Britaniya və Fransa idmançıları arasında mübahisə BAŞ VERDİ
    • Bu gün, 18:23
    • 46

Britaniya və Fransa idmançıları arasında mübahisə BAŞ VERDİ

Paris Olimpiadasında kişilər arasında 5000 metr məsafəyə qaçışda bu gün böyük xaos yaşanıb. 

News24.az xəbər verir ki, Corc Mills yarışın son dövrəsində qəzaya uğrayıb və ardınca fransalı rəqibi Hüqo Hay ilə mübahisə edib.

Keçmiş futbolçu Denni Millsin oğlu Corc final sprintində yıxılan dörd qaçışçıdan biri olub. Qrupun ortasında qaçarkən rəqibi ilə toqquşub və yerə yıxılıb. Yarışı 18-ci yerdə başa vurduqdan sonra o, hirslə Haya tərəf dönüb, onu itələməyə başlayıb.

Yarış təkrarları Hayın Millsi digər qaçışçıların yoluna itələdiyini göstərir. Mills BBC-yə deyib: "Mən finiş xəttinə doğru irəliləmək istəyəndə qarşım kəsildi və fransız idmançı məni yerə yıxdı".

Hay isə özünün itələndiyini iddia edərək, "Əslində məni itələdilər. İngilis idmançı mənə çox əsəbiləşdi, amma mən heç nə etmədim", - deyib.

Məryəm İlhamqızı