"Qarabağ" - "Ludoqorets" matçından ÖZƏL FOTOLAR
    • Bu gün, 16:45
    • 84

"Qarabağ" - "Ludoqorets" matçından ÖZƏL FOTOLAR

Xəbər verdiyimiz kimi dünən UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində "Qarabağ" - "Ludoqorets" (Bolqarıstan) matçı baş tutub.

"News24.az" bildirir ki, qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Bolqarıstan klubunun heyətində Diniş Almeyda (56) və Kayo Vidal (87) fərqlənib. "Qarabağ"dan Juniniyo 65-ci dəqiqədə rəqib qapısına yol tapıb.

Qeyd edək ki, komandalar arasında cavab görüşü avqustun 13-də keçiriləcək.

Matçdan özəl fotoları təqdim edirik.

FOTO - Teymur Məmmədov