"Paytaxtda həm parklanma, həm də tıxac problemi yaşanır" - Millət vəkili
    • 20-10-2023, 12:28
    • 167

"Paytaxtda həm parklanma, həm də tıxac problemi yaşanır" - Millət vəkili

"Paytaxtda həm parklanma, həm də tıxac problemi yaşanır".

News24.az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Naqif Həmzəyev parlamentin bugünki iclasında deyib.

O vurğulayıb ki, daha əvvəl vətəndaşlar parklanmaya müddətində 1-2 manat ödəyirdisə, indi 8-10 manat ödəməli olurlar:

 "Avtomobili saxlamaq üçün yer tapa bilməyən vətəndaşlar isə onları yaşayış binalarının həyətlərində saxlamalı olurlar. Bu da o binalarda yaşayanlara əlavə problemlər yaradır. Fikrimcə, gələcəkdə aidiyyəti qurumlarla ictimai dinləmələr keçirə və problemlərin həlli üçün işlər görə bilərik".

Deputat eyni zamanda parklanma yerlərində elektromobillərin doldurulması üçün xüsusi məntəqələrin yaradılmasını təklif edib.

Fərid Azəri