Müharibədən sonra ermənilər çaxnaşmaya düşdü - Xaçatryan
    • 25-10-2023, 12:28
    • 237

Müharibədən sonra ermənilər çaxnaşmaya düşdü - Xaçatryan

44 günlük müharibədən sonra Badara kəndinin erməniləri arasında çaxnaşma düşmüşdü. 

News24.az-ın məlumatına görə, bunu Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı soyqırım törətməkdə təqsirləndirilən erməni Vaqif Xaçatryan barəsində olan cinayət işi üzrə məhkəmə prosesində prokurorun suallarını cavablandırarkən deyib. O bildirib ki, müharibə başlayanda Badara sakinləri kənddən qaçmağa başladılar: "Hamısı kənddən qaçmışdı. 220-dən çox erməni kəndi qoyub qaçmışdı. Noyabrın 9-da üçtərəfli müqavilədən sonra bəziləri kəndə qayıtsa da, qalanları qayıtmadı. Kim ki müharibədə iştirak etmişdi, azərbaycanlılara qarşı soyqırım törətmişdir, Allah onların canını aldı. İndi onlardan sağ qalan yoxdur".

Samir Əli