Paytaxtda qəza: piyada xəstəxanada öldü
    • 13-11-2023, 10:04
    • 120

Paytaxtda qəza: piyada xəstəxanada öldü

Bakıda avtomobil piyadanı vuraraq öldürüb.

News24.az Trend-ə istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunda, "Səhram" marketin qarşısında baş verib. Vüsal Şirinov idarə etdiyi "BMW" markalı avtomobillə yolu keçən 1993-cü il təvəllüdlü Məmmədəli Həsənzadəni vurub. Yaralının həyatını xilas etmək üçün 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılsa da, bu mümkün olmayıb. O aldığı xəsarətlərdən 3 saylı Şəhər Kliniki Xəstəxanasında ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.