Şagirdi döydüyü deyilən idarə müdiri vəzifəsindən azad edildi
    • 28-11-2023, 10:42
    • 250

Şagirdi döydüyü deyilən idarə müdiri vəzifəsindən azad edildi

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Rüfət Hacıyev vəzifəsindən azad olunub.

News24.az İqtisadiyyat.az-a istinadla bildirir ki, o, işdən çıxarılması ilə bağlı ərizə yazıb.

R.Hacıyevin ərizəsi qəbul olunub və vəzifəsindən azad olunub.

Qeyd edək ki, bir neçə gün əvvəl mətbuatda onun 9-cu sinif şagirdini döyməsi ilə bağlı məlumatlar yayılıb. 

Xatırladaq ki, Rüfət Hacıyev ötən il aprelin 29-da elm və təhsil naziri Emin Əmrullayevin əmri ilə Quba-Xaçmaz Regional Təhsil İdarəsinə rəis təyin edilib.