-
- 7-12-2023, 14:45
- 159
ANAMA mina hadisələri ilə bağlı çağırış edib
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi baş verən mina hadisələri ilə bağlı bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə və məsuliyyətli davranmağa çağırır.
Bu barədə ANAMA-dan daxil olan məlumatda deyilir.
"Nəzərə alın ki:
• Müharibə bitsə də işğaldan azad edilmiş ərazilərdə mina və partlayıcı sursatların təhlükəsi davam etməkdədir.
• Minalanmış ərazilərdə hər bir yanlış addım həyat və sağlamlığınız üçün ciddi fəsadlar törədə bilər.
• Təyin edilmiş yerlərdən, yollardan və cığırlardan kənara çıxmayın!
• Naməlum və şübhəli əşyalara toxunmayın!
• Təhlükəsizliyinə əmin olmadığınız ərazilərə daxil olmayın!
• Atılıb qalmış hərbi sursatlar, texnikalar, səngərlər olan sahələrə, dağıdılmış yaşayış və digər tikililərin olduğu ərazilərə yaxınlaşmayın!
• Verilən təlimatlara ciddi şəkildə riayət etməyiniz həyat və sağlamlığınız üçün vacibdir", ANAMA-dan bildirilib.