Millerdən Türkiyə açıqlaması:
    • 19-12-2023, 10:45
    • 125

Millerdən Türkiyə açıqlaması: "inkar etmirik"

Vaşinqton Türkiyənin ABŞ-dən F-16 təyyarələri almaq imkanını inkar etmir, eyni zamanda bu satış İsveçin NATO-ya üzvlüyünün qarşısının alınması ilə əlaqələndirilir.

News24.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib.

“F-16-ların Türkiyəyə satılmasını dəstəklədiyimizi açıq şəkildə bildirmişik, bunu dövlət katibi Blinken (türk həmkarı Hakan Fidanla) telefon danışığı zamanı bir daha açıqlayıb”, - ABŞ rəsmisi deyib.

Miller ABŞ Konqresində bu satışı İsveçin NATO-ya üzvlüyü ilə əlaqələndirən qanunvericilərin olduğunu vurğulayıb.

Miller bu kontekstdə “Bu təqdimatı ən qısa vaxtda görməliyik”,  - deyə vurğulayıb.

Ayşən