Rusiyaya qarşı yeni sanksiya qərarı: tezliklə...
    • 21-12-2023, 13:32
    • 98

Rusiyaya qarşı yeni sanksiya qərarı: tezliklə...

Avropa İttifaqı Rusiyaya qarşı 13 və 14-cü sanksiyalar paketini hazırlayır. 

News24.az xəbər verir ki, bu barədə “İzvestiya” qəzeti Avropa Parlamentinin Çexiyadan olan deputatı Tomaş Zdexovskiyə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, sanksiyaların hazırlanması çox vaxt aparmayacaq. Yeni paketlər tezliklə Aİ-yə üzv dövlətlərə təqdim oluna bilər. Avropa Parlamentinin estoniyalı üzvü Jana Tum qeyd edib ki, yeni sanksiyaların qəbulu təşəbbüsü əsasən Baltikyanı ölkələrdən gələcək.

Ayşən