"Ermənistan gözlədi ki, Qarabağ məsələsində Rusiya...."
    • 26-12-2023, 19:00
    • 191

"Ermənistan gözlədi ki, Qarabağ məsələsində Rusiya...."

Ermənistan uzun müddət Rusiyanın Qarabağ məsələsinin həllində ona kömək edəcəyinə ümid edib.

News24.az  xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib.

“Rus əsgərlərinin onlar üçün döyüşə gedəcəkərini gözləyirdilər. Amma 2020-ci ildə döyüşlər başlayanda Moskva neytral mövqe tutdu. Bunun nəticəsi 44 günlük müharibədə Ermənistan ordusunun məğlubiyyəti oldu. Bundan sonra İrəvan strategiyadan yox, taktikadan əl çəkdi. Onların fikrincə, problemlərini həll etmək üçün kimsə kömək etməli idi. Rusiya bunu etmədiyi üçün gözlərini Fransa və ABŞ-yə dikdilər, çünki orada erməni diasporu kifayət qədər güclüdür, Fransa Prezidenti Emmanuel Makron açıq şəkildə ermənipərəst mövqe tutur”, - ekspert bildirib.

Markov hesab edir ki, bu iki ölkəyə üz tutmaq yolunda böyük bir maneə var: Ermənistanın əhalisi əsasən rusiyapərəstdir:“Paşinyan bunu neytrallaşdırmalıdır, bu məqsədlə Moskvanı sərt reaksiyalara çatdırmaq üçün təhrik etməyə çalışır. Əlbəttə, Rusiya bunu bilir və İrəvana qarşı mümkün qədər yumşaq və incə davranır. Hər boykota “başa düşürük” cavabını verirlər. Yəni indi Ermənistanda Rusiya əleyhinə təbliğat aparılır. Sosioloji cəhətdən neytral münasibət olanda Fransa və ABŞ-a müraciət edə bilərlər”.

Ayşən