İranlı müğənniyə həbs və şallaq cəzası verildi
    • 10-01-2024, 12:21
    • 113

İranlı müğənniyə həbs və şallaq cəzası verildi

Tehran əyalətinin Ədliyyə İdarəsinin vəkili Zəhra Minuyi Tehran İnqilab Məhkəməsi tərəfindən iranlı müğənni Mehdi Yarrahinin 2 il 6 ay həbs və 74 zərbə şallaq cəzasına məhkum edildiyini bildirib. 

News24.az xəbər verir ki, bu barədə "Azad İran" teleqram kanalı məlumat yayıb.

Onun sözlərinə görə, Mehdi Yarrahi 15 milyard tümən (607 min 834 ₼) girov müqabilində azadlığa buraxılıb. 

Xatırladaq ki, müğənni və bəstəkar Mehdi Yarrahi məcburi hicaba qarşı olan “Rusərito” (Sənin hicabın) mahnısına görə həbs edilmişdi.

Nəzrin