Azəriqaz: Yanğın baş verən bina qazlaşdırılmayıb
    • 18-01-2024, 00:46
    • 176

Azəriqaz: Yanğın baş verən bina qazlaşdırılmayıb


“Sumqayıt şəhərində kollecin yataqxanasında yanğın baş verib. Hadisə yerinə FHN əməkdaşları cəlb olunub”.

News24.az xəbər verir ki, bu barədə Azəriqaz İB-nin sözçüsü Eldəniz Vəliyev sosial media hesabında bildirib.

“Yataqxana tipli bu bina qazlaşdırılmayıb. Təhlükəsizlik tədbirləri çərçivəsində hadisə yerinə yaxın ərazilərin qaz təchizatı müvəqqəti olaraq dayandırılıb. Hadisənin baş vermə səbəbini hüquq mühafizə orqanlarının istintaqından sonra hamımız biləcəyik”- Eldəniz Vəliyev qeyd edib