Qəzzada girovların qohumları İsrail parlamentinə HÜCUM ETDİ
    • 23-01-2024, 12:50
    • 126

Qəzzada girovların qohumları İsrail parlamentinə HÜCUM ETDİ

Qəzza zolağında girovların qohumları İsrail parlamentinin iclasına hücum ediblər.  

News24.az xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.

Bildirilir ki, etirazçılar Knessetin maliyyə komitəsinin iclası zamanı parlamentə daxil olub və parlament üzvlərindən onların ailə üzvlərinin azad edilməsi üçün daha çox iş görməsini tələb ediblər.

Girovların ailələrinin dediyinə görə, yaxınlarının əsirlikdən qaytarılması üçün heç bir addım atmayan hökumətin buraxılması ilə bağlı parlamentə çağırışlar da olub.

Qumral