Litva Belarusla sərhəddə keçid məntəqələrini bağlayır
    • 29-02-2024, 18:08
    • 211

Litva Belarusla sərhəddə keçid məntəqələrini bağlayır

Litva Belarusla sərhəddə daha iki keçid məntəqəsini - Lavoriškės və Raigardas-ı bağlayacaq.

News24.az xəbər verir ki, bu barədə “LRT”məlumat yayıb. 

Məlumata görə, ölkədə yalnız Medininkay və Şalçininkaydakı keçid məntəqələri fəaliyyətdə qalacaq.

Litva hakimiyyəti bunun milli təhlükəsizlik, qaçaqmalçılıq və beynəlxalq sanksiyaların pozulması problemlərini həll etmək məqsədi daşıdığını bildirib.

Bundan başqa, qərar Dövlət Sərhəd Xidməti tərəfindən veriləcək xüsusi hallar istisna olmaqla, Kyana və Kibartay dəmir yolu sərhəd məntəqələrində sərnişinlərin mindirilməsi və endirilməsi qadağan ediləcək.

Əlavə olaraq bildirilib ki, avtobuslarla müntəzəm beynəlxalq sərnişin daşımaları həyata keçirən Belarus və Litva daşıyıcılarına verilən icazələrin sayının 50 faiz məhdudlaşdırılması barədə də qərar qəbul edilib.

Mehriban Mirzəzadə