BMT-dən İsrailə ittiham - ...HƏRBİ CİNAYƏTDİR
    • 9-03-2024, 13:31
    • 184

BMT-dən İsrailə ittiham - ...HƏRBİ CİNAYƏTDİR

“İsrailin Qəzza sektorunda yaşayış məskənləri salması hərbi cinayətdir”.

News24.az xəbər verir ki, bunu BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türk bildirib. 

Onun qənaətincə, bu yaşayış məskənləri regionda yeni dövlətin yaranmasını əngəlləyir. 

V. Türkün sözlərinə görə, martın sonlarında təşkilatın Cenevrədəki ofisinə bölgədəki vəziyyətlə bağlı 16 səhifəlik hesabat təqdim olunacaq. 

Sənəddə bəyan edilir ki, ötən dövrdə bölgədə 24 min 300 yeni ev inşa edilib. Bu isə 2017-ci ildən sonra ən yüksək göstəricidir. 

Hesabat məruzəsində ötən ilin oktyabrından bu günədək öldürülən fələstinlilərin sayının 400 nəfərə çatdığı xüsusi vurğulanıb.  Müəlliflər həm də İsrailə məxsus hərbi geyimlərdəki fələstinlilərin öz soydaşlarına hücum etməsi faktlarına da diqqət çəkir. 

İsrail tərəfi hesabatdan narahatlığını ifadə edib. Nazirlər Kabinetinin açıqlamasında qeyd olunub ki, heç bir bənddə fələstinlilər tərəfindən öldürülən yəhudilərlə bağlı məlumat qeyd olunmayıb.

Fərid Azəri