8 dollarlıq diplomla xəstələri müalicə etdi..
    • 11-03-2024, 14:05
    • 183

8 dollarlıq diplomla xəstələri müalicə etdi..

Bu dəfə saxta həkim hadisəsi Braziliyanın San-Paulu şəhərində baş verib. 27 yaşlı Mirian Santana internetdən əldə etdiyi saxta sənədlə 30 böyük və uşağı müalicə etdiyini deyib.

News24.az xəbər verir ki, onun 8 dollara aldığı sənəd digər səhiyyə ekspertləri tərəfindən müəyyən edilib. Mütəxəssislər ondan şübhələnərək başqa adda əsl həkimə məxsus qeydiyyat nömrəsini yoxlayıblar və həqiqət üzə çıxıb.

Polis ilk iş günündə yaxalanan Santananın peşəsinin təsdiqlənmədiyini, o, klinikada işini meriya ilə tender prosesində iştirak edən autsorsing şirkəti vasitəsilə tapdığını bildirib. O, ayda təxminən 802 dollar qazanan loqoped olduğunu polisə deyib.

Santana qeyri-qanuni peşə, ideoloji saxtakarlıq, saxta sənədlərdən istifadə, həyat üçün təhlükə törədən və mənimsəməyə cəhd ittihamları ilə həbs edilib.

Günel Məlikzadə