Vardanyanın arvadının restoranı satıldı
    • 12-03-2024, 12:49
    • 312

Vardanyanın arvadının restoranı satıldı

Qondarma Dağlıq Qarabağ Respublikasının "dövlət naziri" vəzifəsində çalışmış, Bakıya gətirilərək həbs edilən Ermənistan vətəndaşı Ruben Vardanyanın həyat yoldaşına məxsus İrəvandakı "Kaktus"restoran satılıb.

News24.az APA-ya istinadən bildirir ki, bu barədə yerli "Past" nəşri mənbələrinə istinadən yazıb.

Nəşr qeyd edib ki, Vardanyanın həyat yoldaşı Veronika Zonabendə məxsus biznes - "Kaktus" restoranını iş adamı Narek Nalbandyan alıb.

Nalbandyan restoranın yerində supermarket açmağı planlaşdırır.