ABŞ və Çin arasındakı rəqabət güclənir
    • 12-03-2024, 14:01
    • 118

ABŞ və Çin arasındakı rəqabət güclənir

ABŞ və Çin arasında texnologiya sahəsində rəqabət güclənib.

News24.az xəbər verir ki, ABŞ-ın ticarət naziri Gina Raimondo, Çinin ordusunu inkişaf etdirmək üçün istifadə edə biləcəyi qabaqcıl texnologiyalara çıxışının qarşısını almaq istədiklərini açıqladı.

Raimondo Filippindəki təmasları zamanı Çinə qarşı ixrac məhdudiyyətlərinin əhatə dairəsini daim nəzərdən keçirdiklərini bildirib.

O, Çin ordusunun yarımkeçiricilər və süni intellekt kimi texnologiyalara çıxışının əleyhinə olduqlarını bildirib.

ABŞ Ticarət Naziri məhdudiyyətlərlə Çinin hərbi inkişafının qarşısını almağı hədəflədiklərini bildirib.

ABŞ 2022-ci ildə ilk dəfə olaraq hipersəs raket və süni intellekt texnologiyalarının inkişafı və istifadəsinin qarşısını almaq üçün Çinə qarşı çip ixracına məhdudiyyətlər tətbiq etdi.

Xatırladaq ki, bu məhdudiyyətlərin əhatə dairəsi 2023-cü ildə genişləndirilib.

Günel Məlikzadə