“İl-76” təyyarəsi qəzaya uğradı : 15 ölü
    • 12-03-2024, 18:05
    • 156

“İl-76” təyyarəsi qəzaya uğradı : 15 ölü

Rusiyanın İvanovsk vilayətində “Severnıy” aerodromunda “İl-76” hərbi-nəqliyyat təyyarəsi qəzaya uğrayıb.

News24.az xəbər verir ki, bu barədə “RBK UKRAİNA” məlumat yayıb.

Məlumata görə, qəzaya səbəb kimi mühərriklərdən birinin uçuş zamanı yanması göstərilib.

Qəza nəticəsində 15 nəfər ölüb.

Bildirilib ki, ekipaj təyyarəni aerodroma qaytarmağa cəhd göstərsə də, buna nail olmayıb. Nəticədə “İl-76” uçuş yerindən iki kilometr aralıda yerləşən Podtalitsa kəndinə enib.

Qeyd edək ki, təyyarənin göyərtəsində 8 ekipaj üzvü, 7 sərnişin olub, onların hamısı ölüb.

Mehriban Mirzəzadə