Ukraynaya yardım paketi göndərildi
    • 13-03-2024, 11:45
    • 132

Ukraynaya yardım paketi göndərildi

ABŞ Prezidentin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan Ukraynaya silah və texnika da daxil olmaqla yeni hərbi yardım paketinin ayrıldığını açıqlayıb. 

News24.az xəbər verir ki, bu barədə Sallivan Ağ Evdə keçirdiyi brifinqdə deyib.

“Bu gün prezident Baydenin adından ən kritik ehtiyaclarımızı ödəmək üçün Ukraynaya 300 milyon dollarlıq təcili yardım paketini elan edirəmElan etdiyimiz bu təcili yardım paketində çoxlu sayda artilleriya mərmisi, HIMARS sistemləri üçün GLMRS mərmiləri var. Bu, Ukraynanın Rusiyanın hücumlarından müdafiə etmək üçün çox ehtiyac duyduğu yardımdır”,- deyə o bildirib.

Mehriban Mirzəzadə