Azərbaycanda əlaçı şagirdlərə 50 manat təqaüd VERİLƏCƏK? - AÇIQLAMA
    • 15-03-2024, 23:22
    • 231

Azərbaycanda əlaçı şagirdlərə 50 manat təqaüd VERİLƏCƏK? - AÇIQLAMA

Bu gün təhsilimizdə müxtəlif təqaüdlər sistemi mövcuddur. Bəs görəsən Azərbaycanda orta məktəblərində tədris ili üzrə əlaçı şagirdlərinə 50 manat məbləğində təqaüd verilə bilər?

News24.az bildirir ki, məsələ ilə bağlı təhsil ekspert Elşən Qafarov Sonxeber.az-a açıqlama verib:

O bildirib ki, təqaüdün heç bir maliyyə əsası yoxdur:

"Məktəblərdəki şagirdlərə təqaüdün verilməsi təklifinin maliyyə əsası yoxdur . Təhsil haqqında qanunun 35 maddəsi və Ümumitəhsil haqqında qanunun 25 maddəsində konkret olaraq göstərilib ki, ümumitəhsil məktəblərində oxuyan hər bir şagirdə pulsun dərsliklərlə təmin olunur. Bu 2000 -ci ildən başlayıb. Artıq 24 ildir həyata keçirilir. Şagirdlərə təhsilə marağın artırılması üçün təqaüdün verilməsinin heç bir əsası yoxdur . Onun heç bir faydası da olmayacaq. Məktəblərdə təlim-tərbiyyə sistemi düzgün qurularsa, şagirdlər indikindən daha yaxşı olar.

Sovet dövründə tərifnamə adlı qiymətləndirmə vardı. Əlaçı olan şagirdlərə ilin sonunda bu tərifnamələr verilirdi. Mən özüm hələ də o tərifnamələri saxlayıram. Bu tərifnamələrdən yenidən istifadə etmək olar, amma bu o demək deyil ki, əlaçı şagirdlərə təqaüd verilməlidir".


Qeyd edək ki, ölkə ərazisində təqaüdlər bu formada dəyişir:

Doktorantura pilləsi üzrə:
elmlər doktoru hazırlığı üzrə doktorantlar üçün – 400 manata,
fəlsəfə doktoru hazırlığı üzrə doktorantlar üçün – 240 manata çatdırılır.
Ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasında:

magistratura səviyyəsi üzrə akademik göstəriciləri

- 91–100 bal olan tələbələr üçün – 195 manata,
- 71–100 bal olan tələbələr üçün – 160 manata,
- 51–100 bal olan tələbələr üçün – 110 manata çatdırılır;

bakalavriat səviyyəsi üzrə akademik göstəriciləri

- 91–100 bal olan tələbələr üçün – 175 manata,
- 71–100 bal olan tələbələr üçün – 145 manata,
- 51–100 bal olan tələbələr üçün – 100 manata çatdırılır;

Orta ixtisas təhsili müəssisələrində akademik göstəriciləri:

- 91–100 bal olan tələbələr üçün – 100 manata,
- 71–100 bal olan tələbələr üçün – 80 manata,
- 51–100 bal olan tələbələr üçün – 66 manata çatdırılır;