Rusiya Ukraynada supermarketə hücum etdi: Ölən və yaralananlar var - VİDEO
    • Bu gün, 15:44
    • 91

Rusiya Ukraynada supermarketə hücum etdi: Ölən və yaralananlar var - VİDEO

Rusiyanın Ukraynanın şərqindəki Konstantinivka şəhərində supermarketə hücumu nəticəsində azı 10 nəfər ölüb, 35 nəfər yaralanıb.

News24.az xəbər verir ki, qəsəbə ən yaxın rus mövqelərindən təxminən 13 kilometr məsafədədir və demək olar ki, hər gün hücumlara məruz qalır.

Daxili işlər naziri İqor Klimenko Telegram-dakı paylaşımında “10 nəfər ölüb, 35 nəfər yaralanıb” deyib. 

Şahidlər, polis məmurlarının mümkün ikinci hücum barədə xəbərdarlıq etdiyi üçün onlarla insanın qaçdığını bildirib

Binadan qara tüstü qalxdığı üçün polis yaxınlıqdakı küçələri mühasirəyə alıb.

Qeyd edək ki, Prezident Vladimir Zelenski günorta hücumuna görə qisas alacağını vəd edib.

Zelenski “Telegram” sosial şəbəkəsindəki paylaşımında “Rusiya bu terrora görə məsuliyyət daşıyacaq” deyib.

Günel Məlikzadə