Ağsuda maşın aşdı, sürücü öldü
    • 20-03-2024, 19:00
    • 208

Ağsuda maşın aşdı, sürücü öldü


Ağsuda avtomobil aşıb.

News24.az xəbər verir ki, hadisə rayonun Ağraq kənd ərazisində qeydə alınıb. Rayonun Bozavand kənd sakini 1966-cı il təvəllüdlü Əliyev İsgəndər Baxış oğlu  avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və avtomobili  yol  kənarındakı su arxına aşırıb.

Hadisə zamanı ağır xəsarət alan  sürücü İ.Əliyev hadisə yerində dünyasını dəyişib.//unikal