Son dəqiqə!! Novruz şənlikləri LƏĞV EDİLDİ
    • 24-03-2024, 15:40
    • 238

Son dəqiqə!! Novruz şənlikləri LƏĞV EDİLDİ

Moskvadakı Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin (XTSN) “Azərbaycan” pavilyonu “Crocus City Hall” konsert zalında törədilmiş terror aktı nəticəsində xeyli sayda insanın həlak olması ilə bağlı elan olunan matəm səbəbindən Novruz bayramı şənliyi ləğv edilib.

News24.az xəbər verir ki, "Report"un Rusiya bürosunun məlumatına görə, bayram tədbirləri iki gün nəzərdə tutulsa da, həmrəylik əlaməti olaraq bütün əyləncə proqramları, tamaşalar və gənc ifaçıların bayram konserti təxirə salınıb.

Qeyd edək ki, bayram tədbirləri martın 22-də start götürüb.

Novruz bayramı “Azərbaycan” pavilyonunda uzun illərdir qeyd olunur.