Macarıstan XİN rəhbəri Soçiyə gəldi
    • 25-03-2024, 12:59
    • 140

Macarıstan XİN rəhbəri Soçiyə gəldi

Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto 13-cü Atomexpo-2024 Beynəlxalq Forumunda iştirak etmək üçün Soçiyə gəlib.

News24.az xəbər verir ki, bu barədə Diplomatik mənbə məlumat yayıb.

Qeyd edək ki, “Rosatom” dövlət korporasiyasının dəstəyi ilə təşkil olunan “Atomexpo” beynəlxalq forumu 2009-cu ildən hər il keçirilir. 2019-cu ildə tədbirin iki ildən bir keçirilməsi qərara alınıb. 2021-ci ildə pandemiya ilə əlaqədar növbəti, 12-ci forumun təxirə salınması qərara alındı və 65 ölkədən 2,5 mindən çox nümayəndəni bir araya gətirərək 2022-ci ildə keçirildi. Forumda 50-dən çox saziş və memorandum imzalanıb.

Mehriban Mirzəzadə