"Navalni də məhbus mübadiləsinin bir hissəsi olmalı idi”
    • Bu gün, 17:09
    • 38

"Navalni də məhbus mübadiləsinin bir hissəsi olmalı idi”

Aleksey Navalninin həyat yoldaşı Yuliya Navalnaya ərinin həbsxanada ölümündən təxminən altı ay sonra tanınmış rus dissidentlərinin azad edilməsinə səbəb olan məhbus mübadiləsinə görə həm sevinc, həm də acı hiss etdiyini söyləyib.

News24.az xəbər verir ki, Yuliya Navalnaya bildirib ki, əri sağ olsaydı, Qərb həbsxanalarında saxlanılan digər ruslarla dəyişdirilən girovlar arasında olardı.

Putin “ekstremizm” səbəbilə qadağan olunmuş milli hərəkat quran Navalnini bir daha Rusiyaya qayıtmamaq şərti ilə azad etməyə hazır olduğunu bildirmişdi.

Günel Məlikzadə