Putin yeni fərman imzaladı - kriptovalyuta qanuniləşir
    • Bu gün, 17:18
    • 45

Putin yeni fərman imzaladı - kriptovalyuta qanuniləşir

Putinin imzaladığı fərmanla ölkədə kriptovalyuta istehsalı noyabr ayından etibarən qanuniləşəcək.

News24.az xəbər verir ki, fərmana əsasən, Rusiya hökuməti tərəfindən müəyyən edilən fiziki şəxslər və şirkətlər müəyyən edilmiş enerji istehlakı limitlərini aşmamaq şərti ilə kriptovalyutaları hasil edə biləcəklər.

Rusiya Mərkəzi Bankı 2021-ci ildə hazırladığı hesabatda ölkədə kriptovalyutalara tam qadağa qoyulmasını tələb edib. Lakin Ukrayna müharibəsindən sonra Rusiya bankları SWIFT ödəniş sistemindən çıxarıldıqdan sonra ölkədə kriptovalyutalar getdikcə geniş yayılıb.

Rusiya Mərkəzi Bankının prezidenti Elvira Nabiullina iyulun 30-da verdiyi açıqlamada kripto pulların beynəlxalq ödənişlərdə istifadəsinə ilin sonuna kimi başlaya biləcəyini bildirib.

Məryəm İlhamqızı